Bunu dekabrın 28-də Laçın şəhərinə yola salınan keçmiş məcburi köçkün Seyidkazım Cabbarov deyib.
O bildirib ki, Laçına nə vaxtsa qayıdacağına ümid edirdi. Növbəti ilin ölkəmizə düşərli olacağına inandığını qeyd edən müsahib bu sevinci yaşadan Ali Baş Komandan İlham Əliyevin siyasəti, cəsur, mərd oğlanlarımızın igidliyi nəticəsində suverenliyimizin bərpa olunduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 25 ailə (80 nəfər) köçürülüb.
İndiyədək Laçın şəhərində 408 ailənin (1555 nəfər) daimi məskunlaşması təmin edilib. (AZƏRTAC)