Görüşdə, Qərbi Azərbaycan Kuboku minifutbol turnirinin qaydaları və Əsasnaməsi ilə bağlı müzakirələr aparılıb və mövcud qaydalarda bəzi dəyişikliklər edilməsinə qərar verilib.
Qeyd olunub ki, təşkilat komitəsi turnirin yüksək səviyyədə keçirilməsi üçün bir sıra yenilikləri tətbiq etməyi planlaşdırır. İştirakçılara və komanda rəhbərlərinə əlavə təlimatların təqdim ediləcəyi, eləcə də bu il keçiriləcək turnirin daha da rəqabətədavamlı və maraqlı olacağı bildirilib.
Tahirə AĞAMİRZƏ