18.12.2024, 15:49
AZ EN
20.02.2024, 10:18 280

Aqil Nəzərli Abşeron rayonunda Laçın sakinlərinin səyyar qəbulunu keçirib

XƏBƏRLƏR
  • Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Abşeron rayonunun Ceyranbatan qəsəbəsində – Laçın rayonunun Minkənd kənd tam orta məktəbinin inzibati binasında həmin ərazidə müvəqqəti məskunlaşmış rayon sakinləri ilə keçirilmişdir.

48 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərindən, iyirmi üç köçürmə mərhələsində ümumilikdə 431 ailə 1 627 nəfər sakinin  Laçın şəhərinə, doqquz köçürmə mərhələsində ümumilikdə 207 ailə 797 nəfər sakinin Zabux kəndinə köçürüldüyünü vurğulayan rayon rəhbəri köçürmə prosesinin mərhələlərlə davam etdiriləcəyini də bildirmişdir.

Səyyar qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.

Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak etmişlər.

Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər