20.09.2024, 09:40
AZ EN
22.11.2023, 09:53 289

Cənnətdəki doğum günün mübarək

XƏBƏRLƏR
  • Fəhmin elə bir ailədə böyümüşdü ki, o Vətən müharibəsinə çoxdan hazır idi. Anası doğmaları ilə Ağdamdan didərgin düşmüşdü. O, yaxınlarının Vətən həsrətini yaxşı duyur, düşməndən qisas almağa hazırlaşırdı. Fəhmin evin sonbeşiyi olsa da anasının sirdaşı idi...

Şəhid Fəhmin Yunis oğlu Quliyev 1998-ci il noyabrın 22-də Yevlax rayonunun Qaramanlı kəndində anadan olub. Orta məktəbi doğma kənddə bitirib. 2020-ci il sentyabrın 21-də hərbi xidmətə yollanıb.
Fəhmin Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində mərdliklə savaşıb. Onun döyüş yolu Murovdağdan başlayıb, sonra Suqovuşan istiqamətində davam edib. O, oktyabrın 7-də qızğın döyüşlər zamanı yaxınlığında düşmən mərmisinin  partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz dünyaya göz açdığı Yevlax rayonunun Qaramanlı kəndində  böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbayan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Fəhmin Quliyev ölümündən sonra “Vətən uğrunda, ”“Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Bu gün qəhrəman şəhidimiz Fəhmin Quliyevin doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər