21.09.2024, 08:35
AZ EN
16.11.2022, 09:45 427

YAP Qubadlı rayon təşkilatı partiyanın təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirib

XƏBƏRLƏR
  • Noyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatı partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirib.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub və şəhidlərin abidə kompleksi ziyarət edilib.

Qonaqlar Qubadlı rayon məktəblərinin müəllim və şagird kollektivinin rəsm və əl işləri ilə bağlı hazırladığı  sərgi ilə tanış olublar .

Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarxın nümayiş etdirilməsi ilə başlayıb.

Tədbirdə “ Yeni Azərbaycan Partiyasının Müasir Azərbaycanın tərəqqisində rolu ” mövzusunda məruzə ilə çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini  və 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransının tarixi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin irsi əsasında və ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaq. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük əksəriyyəti gənclərdir ki, onlar da Azərbaycanın tarixi zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası, məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. İki il öncə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını əbədi olaraq tarixə qalib xalq kimi yazdırdı. Təhmasib Rüstəmov daha sonra əlavə edib ki, Azərbaycan 2020-ci il tarixində qısa bir zaman ərzində böyük bir qələbəyə imza ataraq öz gücünü bütün dünyaya sübut etmişdir. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ilə Azərbaycan 30 il yaşadığı məcburi köçkün problemini həll etmiş, iqtisadi dövriyyədən kənarda qalan 20 faiz torpaqlarından istifadə imkanı qazanmışdır. Bütövlükdə Cənubi Qafqazın, xüsusən də Azərbaycanın dünyadakı “münaqişəli” bölgə imicinin tədricən aradan qalxması regionun iqtisadi cəlbediciliyini ciddi şəkildə artırmış oldu.

Sonra YAP İdarə Heyətinin üzvü Elmar Qasımov bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz Qayıdışı ilə Azərbaycana sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Bu gün əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev uğurla həyata keçirir. Bunun nəticəsidir ki, bu gün ölkəmiz regionda güc amilinə, dünya birliyində söz sahibinə çevrilib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında deyib ki, Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf və qələbə yolunda əmin addımlarla irəliləyir. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etməklə öz qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu gün işğaldan azad edilmiş torpaqlarda geniş abadlıq-quruculuq işləri görülür.

Azərbaycanın Milli Qəhrəmanı,Vətən müharibəsi şəhidi Şükür Nəriman oğlu Həmidovun atası Nəriman Şükür oğlu Həmidov çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və uğurlu siyasi fəaliyyətin nəticəsini -tarixi Qələbəni təntənə ilə qeyd edirik. Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğruldub.

İkinci Qarabağ müharibəsinin veteranı, qazi, partiya fəalı cənab Sənan Həsənov çıxışında bildirib ki,  Cənab Prezident Ali Baş komandan İlham Əliyevin   səriştəyə, praqmatik və rosianal  siyasətə söykənən  daxili  və xarici siyasəti ilə qarşıya  qoyulan hədəflərə çatdı. Bu, regionun əsas söz sahibi  məhz Azərbaycandır. Regionun mənzərəsini dəyişən , 44 günlük vətən müharibəsində,bir ömür  minnətdar olacağımız Vətən oğullarının rəşadəti, Müzəffər  Ali Baş Komandanın  müdrik  sərkərdəliyi  nəticəsində  ərazi bütövlüyümüz  bərpa edildi.  Vətən müahribəsində  də, bütün müharibələrdə olduğu kimi  partiyamız və onun üzvləri fəal iştirak etdilər, xalqımız kimi sədrimizin, prezidentimizin mübariz əsgərinə çevrildi. Böyük zəfərdən sonra  regionda və dünyada yeni rellıqlar meydana gəldi. 

Qubadlı  Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirib ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

Digər çıxış edənlər, müstəqil Azərbaycan tarixində özünəməxsus yer tutan Yeni Azərbaycan Partiyasının uğurlarının təməlində məhz ulu öndər Heydər Əliyevin siyasi kursu dayandığınnnnı və bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəklədiklərini,  böyük əzmlə dövlətin, xalqın, Vətənin mənafeyi naminə səy göstərdiyini vurğulayıblar.

Tədbirin onunda partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs Fəxri Fərmanla təltif edilib. Vətən müharibəsi iştirakçıları orden və medallarla mükafatlandırılıb. Yeni Azərbaycan Prtiyası sıralarına yeni qəbul edilmiş şəxslərə üzvülük vəsiqəsi verilib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər