23.11.2024, 02:03
AZ EN
24.05.2023, 14:50 287

Tarixə söykənən qardaşlıq

XƏBƏRLƏR
  • Ata İttifaqından prezidentliyə namizəd olan Sinan Oğan mayın 28-də Türkiyədə keçiriləcək Prezident seçkilərində ikinci turunda prezidentliyə namizəd olan hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsiTürkiyədə olduğu kimi, Azərbaycanda da müsbət qarşlandı. Sinan Oğan bu qərarı ilə terrorla mübarizənin daha da güclənməsinin, xarici siyasət dairəsində qazanılan uğurların davam etdirilməsinin vacibliyini vurğulayaraq ölkənin sabit inkişaf yolunun davam etdirilməsinə öz töhfəsini verdi və dövlətçilik mövqeyindən çıxış etdi.

Dolayısıyla Türkiyənin hazırkı siyasəti bir çox türk dövlətləri kimi Azərbaycan cəmiyyəti tərəfindən dəstəklənir. 44 günlük Vətən müharibəsində və ondan sonra da qardaş Türkiyənin dəstəyini biz hər an hiss edirdik, Azərbaycan xalqı hiss edirdi və bu bizim ruh yüksəkliyimizi daha da artırırdı.

Qazi Qalib Cəfərov bildirib ki, bizim döyüşlərdə, üzü qalibiyyətə gedən yolda arası kəsilmədən, yəni qardaş Türkiyə dövləti, cənab R.T.Ərdoğanın Azərbaycan xalqına qarşı dəstəyini tam şəkildə biz görürdük. Bildiyimiz kimi, Sinan Oğan əslən azərbaycalıdır. Bugünkü gündə Türkiyə dövlətinin siyasətini dəstəkləyən, Azərbaycanın övladı olaraq onun tərəfindən bu böyük bir addım oldu. Bu o deməkdir ki, iki qardaş arasında nə isə bölünə bilməz.

İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müqharibə başlayan anda Azərbaycan tək deyil, Türkiyə onun yanındadır, deməsi Azərbaycana əlavə güc verdi. Türkiyə dövlət başçısının Azərbaycana açıq dəstəyi müharibəyə müdaxilə etmək fikrində olan bütün qüüvvələri və dairələri dayandırdı.

Qazi Elşən Təhməzov isə bildirib ki, 2020-ci il 27 sentyabrda müharibənin ilk günündən bizə ən böyük siyasi və mənəvi dəstəyi Türkiyə hakimiyyəti, türk insanları göstərdi. Türkiyə Prezidenti R.T.Ərdoğanın birbaşa Azərbaycanın yanında olması və digər üçüncü bir ölkələrin bu müharibəyə qarışmasının qarşısını almışdı. Bir hərbçi kimi onu deyə bilərəm ki, pilot-uçuş aparatlarının müharibədə bizə gösrtərdiyi dəstəyi böyük anlam daşıyırdı. Sinan Oğanın da öz səslərini Cumhur İttifaqına, xüsusilə Rəcəb Tayyib Ərdoğana verməsi bizim gələcəyə, Türk dünyasının gələcəyinə ümidimizi artırır.

Xatırladaq ki, 2020-ci ildən Bakıda Vətən müharibəsindən sonra keçirilən Qələbə Paradında Azərbaycanla Türkiyə hərbi qüvvələrinin birgə iştirakı, iki ölkə rəhbərinin Qələbə Paradını birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq Meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır və sevindirir.

Hazırladı: Tahirə AĞAMİRZƏ  

Oxşar xəbərlər