02.08.2025, 00:16
AZ EN
11.09.2023, 07:32 302

Füzuli sakini: Uzun illərdən sonra doğma yurda qayıtmağın həyəcanını yaşayıram

XƏBƏRLƏR
  • Mənim yoldaşım Füzulinin ilk şəhidlərindəndir. Doğma yurduma qayıtdıqdan sonra yoldaşımın məzarını ziyarət etmək istəyirəm.

Bu sözləri müsahibəsində Füzuliyə qayıdan sakin Aygün Quliyeva söyləyib.

A. Quliyeva Füzuliyə qayıtdığı üçün çox sevindiyini bildirib: “Uzun müddətdən sonra doğulub boya-başa çatdığımız yerlərə qayıtmaq gözəl hisslərdir, bu gün onun həyəcanını yaşayıram. Bu günləri bizə yaşadan şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı arzulayıram".

O, 30 ildən sonra insanların işğaldan azad edilmiş ərazilərə qürurlu şəkildə qayıtdıqlarını qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər