18.12.2024, 19:10
AZ EN
25.10.2023, 12:01 398

"Gənclərin Biznes Emalatxanası" layihəsindən Ağdamdan olan 73 gənc yararlanıb

XƏBƏRLƏR
  • Azərbaycanda məşğulluğun təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili Agentliyi ilə birlikdə həyata keçirdiyi "Gənclərin Biznes Emalatxanası" layihəsindən Ağdam rayonundan olan 73 gənc yararlanıb.

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Qarabağ KOB-ları" proqramının təqdimatında bildirib.

"Layihə ilkin olaraq 3 rayonda həyata keçirilib ki, onlardan biri Ağdamdır. Bu rayondan olan 73 gənc KOBİA-nın keçirdiyi təlimlərdən yararlanıb, növbəti mərhələdə qiymətləndirmə əsasında məşğulluğun təmin edilməsi proqramında iştirak edəcək", - deyə o qeyd edib. (Report)

Oxşar xəbərlər