Səyyahlar əvvəlcə Ağdamda Cümə məscidini ziyarət edib və Çörək Muzeyinin dağıntılarına baxıblar. Daha sonra Xankəndidə Qarabağ Universitetində görüş keçirilib. Onlara universitetin fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verilib.
Laçına gələn qonaqlar şəhərin mərkəzini gəzib, Yurd Qalereyası və “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzi ilə tanış olublar. Burada şəhərin tarixi, mədəni irsi, sənətkarlıq ənənələri və müasir infrastruktur imkanları təqdim olunub.
Qeyd edək ki, heyət 2 gün ərzində Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli marşrutu üzrə səfər etməyi planlaşdırır.(AZERTAC)