Bunu doğma yurduna qayıdan Füzuli sakini Anar Hüseynov deyib.
“Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Allah Ali Baş Komandanımızın canını sağ etsin ki, bu 30 illik həsrətə son qoydu. Ailəmlə - 7 nəfər gülərək, ağlayaraq, buradakı 30 illik qonşularımızı qoyub öz doğma yurdumuza qayıdırıq. Dünəndən bəri sevinc göz yaşları tökürəm”, - o vurğulayıb. (Report)