ANAMA-dan verilən məlumata görə, 2020-ci il noyabrın 10-dan 2022-ci il aprelin 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 11009, tank əleyhinə 5444 mina və 15020 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 9,568.1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. (Trend)