Bu məqsədlə rayon İcra Hakimiyyəti tərəfindən barama istehsalının artırılması üçün bütün kümxanalar istilik, işıq və kağız materialı ilə təchiz olunub. DAİM-in əməkdaşları tərəfindən baramaçılarla fərdi qaydada görüş keçirilib, onlarla təlimatlandırıcı söhbətlər aparılıb. Hər bir kümdara ipəkqurdlarının yemləndirilmə qaydaları, kümxanaların istilik rejimi və havalandırılması ilə bağlı yaddaş kitabçası verilib. Cari ildə 5130 kq yaş barama istehsalı proqnozlaşdırılır.
Hazırladı: Mina RƏŞİD