09.06.2025, 11:25
AZ EN
28.02.2023, 16:50 278

Dağ vüqarlı, dağlar oğlu

XƏBƏRLƏR

Doğum tarixlərindən həyat yolu bəlli olan igid oğullarımızdan biri də İnqilab Ələsgər oğlu Qayıbovdur. O, 25 sentyabr 1994-cü ildə anadan olmuşdur. Məcburi köçkün kimi ailəsi Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşmışdır. Elə İnqilab da buradakı 41 saylı tam orta məktəbdə oxumuşdur. Orta təhsilini başa vurduqdan sonra o, həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət keçmişdir. Tərxis edildikdən sonra İ.Qayıbov MAHHXHQ kimi xidmətini davam etdirmişdir. Müxtəlif hərbi təlimlərdə iştirak edir kurslara qoşulur və hərb işinin sirlərini öyrənir. Məqsədi yağı düşməndən qisas almaq, işğal altında qalan torpaqlarımızı azad görmək idi. Belə bir zaman yetişdi. O, Tərtər, Suqovuşan istiqamətində döyüşlərdə iştirak edir. Canından artıq sevdiyi Vətən uğrunda döyüşlərdə böyük igidliklər göstərir. Suqovuşan, Tərtər istiqamətində gedən döyüşlərdən birində yaralanıb, III dərəcəli əlildir. Ailəlidir, 2 övladı var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə  "Kəlbəcərin azad olunmasına görə", "Cəsur döyüşçü", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

İsa MUSAYEV

Oxşar xəbərlər