Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev ötən ilin yekunları və 2022-ci ilin ilk üç ayı üzrə fəaliyyətlə bağlı mayın 2-də keçirilən mətbuat konfransında deyib. Z.Əliyev bildirib ki, İşğaldan azad olunmuş altı ərazidə - Ağdam, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrutda da modul tipli xəstəxanaların açılması nəzərdə tutulur. (AZƏRTAC)