17.05.2024, 12:50
AZ EN
23.05.2023, 09:00 151

Biz onunla qürur duyuruq!

XƏBƏRLƏR
  • Xəyal əslən Xocavənd rayonunun Qarakənd kəndindəndir. Ailəsi erməni vəhşiliyinə görə Muğanlı kəndinə köçəndə Xəyalın 6 yaşı vardı. Onun torpaqlarımızın işğalı ilə bağlı uşaqlıqdan yaddaşında acı xatirələr iz qoyub...

Vətən Müharibəsi qəhrəmanlarından olan şəhid, çavuş Namazov Xəyal Xudaverdi oğlu 1986-cı il mayın 23-də Füzuli rayonunda doğulub. 11-ci sinfi Xocavənd rayon 4 saylı tam orta məktəbində bitirib. 2005-ci ildə Beynəlxalq Univerisitetin “Neft-qaz fakültəsinə qəbul olunub. 2006-cı ilin iyulunda ali təhsilini dayandıraraq Dövlət Sərhəd Ximdətində hərbi xidmətə başlayıb. Hərbi xidmətini Xudat sərhəd dəstəsinin sərhəd məntəqəsində 2008-ci ilin yanvar ayında başa vurub. Bir müddət fərdi əməklə məşğul olub. Ali təhsilini başa vurmadan 2014-cü ildə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılıb. 2016-ci il Aprel döyüşlərinin fəal iştirakçısı kimi fəxri fərmanlarla mükafatlandırılıb və rütbəsi artırılıb.

Çavuş Xəyal Namazov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günündən Füzuli istiqamətində döyüşlərə qatılıb.

O, Tank əleyhinə batareyada manqa komandiri olub. Füzuli uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərib. Oktyabrın 2-də əhəmiyyətli post alındıqdan sonra qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz Beyləqan şəhərində böyük bir izdiham və ehtiramla torpağa tapşırılıb. Ailəli idi, iki övladı Vətənə əmanətdir.

Ölümündən sonra X.Namazov Prezident İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunub.

Atası deyir ki, Xəyal onlara böyük bir qürur hssi yaşadıb. Hələ müharibədən əvvəl atasına deyib ki, torpaqlarmızı düşməndən azad edib qayıdacam, mənimlə fəxr edəcəksiniz. Bu yolda Şəhid olsam da təki yurdumuz düşməndən azad edilsin, təki Vətən sağ olsun!

Bu gün nəinki onun doğmaları, bütün Azərbaycan Xəyal kimi oğulları ilə qürur duyur. Torpaqlarımızın işğaldan azad edildiyi üçün hamımız müqəddəs Şəhidlərimizə borcluyuq.

Şəhidlər ölməz, Vətən bölünməz!

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər