- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin həyata keçirdiyi “Yurda qayıdış mövzusunda verilişlərin hazırlanması və nümayiş etdirilməsi” layihəsi çərçivəsində sonuncu 8-ci veriliş SƏS TV YouTube kanalında aprelin 29-da canlı yayınlanıb. Verilişdə Layihənin rəhbəri, ictimai birliyin sədri Təhmasib Novruzun müsahibi Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Xidməti Departamentinin direktor müavini Nazilə Alməmmədova olub.
Qırx dəqiqədən çox davam edən müsahibədə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin müxtəlif aspektləri barədə ətraflı söhbət açılıb. Qeyd edilib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli hər zaman dövlət siyasətinin prioritetlərindən olub. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qeyd edilib.
Veriliş tam həcmdə “vetensesi.az”ın “Media” bölməsində də yerləşdirilib.