ENA.az tikilməkdə olan “Ağdam Rezidens” yaşayış kompleksinin yeni görüntülərini təqdim edib.
Tarixi Ağdamın baş planına əsasən şəhərdə həm fərdi evlər, həm də ortamərtəbəli yaşayış binaları inşa olunması planlaşdırılmışdır. İşğaldan azad olunmuş ərazilərimizdə inşa edilən ilk yaşayış komplekslərindən biri PMD tərəfindən icra olunan “Ağdam Rezidens”dir.
İnşası davam edən layihə Ağdam şəhərinin mərkəzinə yaxın ərazidə və əsas yolların üzərində yerləşir. Yaşayış kompleksi 49 ədəd 1 otaq studio tipli, 110 ədəd 2 otaqlı (94 studio tipli), 46 ədəd 3 otaqlı (20 studio tipli) və 8 ədəd 4 otaqlı olmaqla, ümumilikdə 213 mənzildən ibarətdir.