18.01.2026, 05:03
AZ EN
19.12.2025, 07:29 242

Beyləqan rayonunda Cəbrayıl sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Beyləqan rayonu, Qəhrəmanlı kəndində fəaliyyət göstərən rayonun Dağ Tumas kənd tam orta məktəbində səyyar görüş-qəbul keçirib. Qəbulda RİH başçısı aparatının məsul əməkdaşları və ərazidə məskunlaşan rayon əhalisi iştirak edib.

Səyyar görüş-qəbulda rayon rəhbəri çıxış edərək son illərdə respublikamızın sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verib. Daha sonra qəbulda iştirak edən sakinləri dinləyərək qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib, həlli vaxt tələb edən məsələlərlə bağlı isə aidiyyəti orqanlara müraciət edilməsi nəzərdə tutulub.
Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər