23.11.2024, 04:49
AZ EN
12.01.2024, 12:46 307

İki-üç ilə Qiyaslı gülüstana çevriləcək

XƏBƏRLƏR
  • “Gördüyünüz bu yer, xaraba bu yerdə mənim 3 mərtəbəli on yeddi otaqdan ibarət evim olub. Bu ev 28 min mişar daşından tikilmişdi. Çox gözəl idi.  Evin üçüncü mərtəbəsindən baxanda Şuşanın Şuşanın işıqları görünürdü. O qədər gözəl və mənzərəli idi ki... Hal-hazırda bura xarabalıqdır. Burda daş qırığından, qumdan başqa ayrı heç  bir şey qalmayıb”. Bunu Azərbaycan Televiziyasının hazırladığı sujetdə Qiyaslı kənd sakini Sərxan Rüstəmov deyir.

Sərxan Rüstəmovun  xatırladığı həmin Qiyaslı  ermənilərin 30 ildə xaraba qoyduğu yaşayış yerlərindən yalnız biridir. İşğala qədər barlı-bəhərli bağları, görkəmli evləri ilə göz oxşayan bu kəndi düşmən elə bir vəziyyətə salıb ki,  hətta sakinləri belə bu kənddən nişanə taba bilməkdə çətinlik çəkirlər.

Sərxan Rüstəmov deyir ki, kəndlə bağlı o qədər çox xatirələrim var ki. Uşaqlığım bu kənddə keçib, bu kənddə oxumuşam, ailə qurmuşam. Uşaqlarım burda məktəbə gedib. Burda yaşadığımız günlərin, illərin  xatirələri yazmaqla, danışmaqla qutarası deyil. İndi gəlmişik kəndə, təəssüf ki...

Amma bu dəhşətli görüntüləri qısa vaxtdan sonra abadlaşan kənd əvəz edəcək. Kənd tarixi ənənələri qorunmaqla müasir üslubda yenidən tikiləcək. Bunun üçün 400 hektara yaxın ərazi ayrılıb. 4972 nəfərin məskunlaşması planlaşdırılır.

Müzəffər Ali Baş Komandanın  təməlini qoyduğu Qiyaslı kəndində ilkin mərhələdə 656 fərdi yaşayış evi inşa olunacaq. Bununla paralel 540 şagird  yerlik məktəb, 180 yerlik 2 uşaq bağçası inşa olunacaq. Kənddə ümumilikdə 1323 fərdi evin tikilməsi də nəzərdə tutulub. Kənd sakini Ədalət Hüseynov deyir ki, Qiyaslıya görə 2 dəfə qəhərlənib, 2 dəfə sevinmişəm. İlk qəhərlənməyim Qiyaslının işğal günü, ikinci dəfə isə xəyallarımda qurduğum kəndimizi xaraba gördüyüm an oldu. Sevincim isə Zəfər günü, bir də cənab Prezidentin kəndin təməlini qoyduğu gündür:

“Gələcəyə ümidlə baxıram, çünki bizim qətiyyətli Ali Baş Komandanımız var. Onun rəhbərliyi ilə yaxın vaxtlarda Ağdamı cənnətə çevirəcəyik. O cümlədən Qiyaslı kəndini də gülüstana çevirəcəyik. Bununla biz qürur duyuruq, fəxarət hissi keçiririk. İnanırıq ki, 2-3 ilə  kəndimiz əvvəlki şöhrətinə qayıdacaq, əvvəlkindən də gözəl olacaq”.

Yeni salınacaq Qiyaslıda əhalinin məşğulluğunun təmin edilməsi üçün də imkanlar yaradılacaq. Burda mədəniyyət və əyləncə mərkəzləri tikiləcək. Xidmət və iaşə obyektləri fəaliyyət göstərəcək. Eləcə də aqrar sahə inkişaf etdiriləcək.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər