21.09.2024, 21:25
AZ EN
11.03.2023, 10:35 200

Laçın, Füzuli və Zəngilanda icma resurs və ailə mərkəzləri yaradılacaq

XƏBƏRLƏR
  • İşğaldan azad olunmuş 3 rayonda - Laçın, Füzuli, Zəngilanda bu il icma resurs və ailə mərkəzlərinin yaradılması nəzərdə tutulub.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyeva "Fərqli Fərdlər" konqresində deyib.

O bildirib ki, bu mərkəzlərdə autizm, daun sindromu və digər xəstəliklərdən əziyyət çəkən uşaqlar müvafiq yardımlar göstəriləcək.

"Həmçinin anadangəlmə qüsurlu uşaqların qarşısının alınması ilə sağlam ailənin təməlinin qoyulması istiqamətində də tədbirlər həyata keçirilir. Bu il ölkədə qohum evliliyi üzrə vəziyyətin öyrənilməsi, eləcə də tibb müəssisələrindən kənarda baş verən doğuş faktlarına nəzarətin gücləndirilməsi, habelə uşaq nikahlarının aşkarlanması mövzusunda təhlillər hazırlanır". (APA)

Oxşar xəbərlər