20.10.2024, 14:53
AZ EN
02.09.2023, 15:18 244

Bu gün şəhid Şirxan İsmixan oğlu Quliyevin doğum günüdür

XƏBƏRLƏR
  • Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi Şirxan İsmixan oğlu Quliyev 1995-ci il sentyabrın 2-də Xocavənd rayonunda anadan olub.

Şirxan Quliyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Şirxan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində bir çox uğurlu tapşırıqların icrasında fəallığı ilə seçilib. Cəbrayıl, Füzuli, Qubadlı uğrunda gedən döyüşlərdə Şirxan əsl qəhrəmanlıq nümayiş etdirib. Noyabrın 2-də Daşaltı uğrunda gedən döyüşlərdə yaralanmasına baxmayaraq, o, geri çəkilməyib. Son damla qanına kimi döyüşən Şirxan noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Şirxan Quliyev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə",

"Qubadlının azad olunmasına görə", “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə də təltif edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər