22.11.2024, 21:24
AZ EN
18.01.2024, 08:35 281

Keçmiş məcburi köçkün: “Bizi yurdumuza qaytaran Prezidentimizə can sağlığı arzulayırıq”

XƏBƏRLƏR
  • “Prezidentimiz İlham Əliyevə, Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya can sağlığı arzulayırıq ki, bizi yurdumuza qaytarır”.

Bunu jurnalistlərə keçmiş məcburi sakin, Füzuli sakini Həqiqət Məmmədova deyib.

“Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan can sağlığı diləyirik. Arzu edirəm ki, Allah qazilərimizə ürəkləri istədikləri həyatı yaşatsın”, - H.Məmmədova bildirib.

O, qeyd edib ki, Füzulini anası, qardaşı, həyat yoldaşı və qızı ilə tərk etməli olub: “Bu illər ərzində anamı itirdim. İndi digər doğmalarımla yurdumuza geri dönürük.

Arzum budur ki, tezliklə ata yurdumu ziyarət etməkdir. Ən əsası isə atamın məzarını ziyarət edim”. (Report)

Oxşar xəbərlər