30.07.2025, 02:42
AZ EN
10.06.2025, 19:11 178

Polkovnik İdris Həhərrəmov-50

XƏBƏRLƏR
  • Bu gün xalqımızın qəhrəman oğullarından biri olan, Azərbaycan Ordusunda Birlik komandiri Polkovnik Məhərrəmov İdris Mustafa oğlunun 50 yaşı tamam olur.

Polkovnik İdris Məhərrəmov 10 iyun 1975-ci ildə Qubadlı rayonunun Çaytumas kəndində anadan olub. 1982-ci ildə Çaytumas kənd tam orta məktəbinə daxil olub,1992-ci ildə həmin məktəbi bitilib. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Ali Ümumqoşun Komandirlər məktəbinə daxil olub. 1995-ci ildə hərbi məktəbi bitirərək leytenant hərbi rütbəsi alıb. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən "Hərbi xidmətlərə görə" medalı, 2012-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Vətənə xidmətə görə" medalı ilə təltif edilib.

27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsində polkovnik İdris Məhərrəmov işğal altında olan torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə vəzifəsini şərəflə yerinə yetirmiş, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri və kəndlərinin işğaldan azad edilməsində böyük şücaətlər göstərmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə polkovnik Məhərrəmov İdris Mustafa oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. Hal hazırda Azərbaycan Ordusunda birlik komandiri olaraq xidimətini davam etdirir.

Polkovnik İdris Məhərrəmovu 50 yaş yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona can sağlığı, şərəfli xidmətlərində uğurlar arzulayırıq.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər