Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, tədbir Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsinin yad edilməsi, uşaqlara Vətənə sevgi, dövlətə sədaqət və milli qürur hisslərinin aşılanması, həmçinin nəsillər arasındakı mənəvi bağın gücləndirilməsi məqsədi ilə təşkil edilib.
Xoş təəssüratlarla yadda qalan film nümayişində ümumilikdə 20-yə yaxın şəhid övladı və Vətən müharibəsi əlili iştirak edib.(AZƏRTAC)