Bu barədə AMEA-dan bildirilib. Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Əlyazmalar İnstitutunun materialları əsasında hazırlanmış bu kataloqun tərtibçisi tarix elmləri doktoru professor Tahirə Həsənzadə, redaktoru tarix üzrə fəlsəfə doktoru dosent Cavid Cəfərovdur.
Kitaba Qarabağ tarixini əks etdirən Azərbaycan, türk, rus, fars dillərində 70-dən çox əsərin biblioqrafik təsviri və tematik tədqiqat nəticəsində Qarabağ tarixi ilə bağlı müəyyənləşdirilmiş müvafiq parçalar daxil edilib. Kataloqa professor Tahirə Həsənzadə və dosent Cavid Cəfərov “Ön söz” yazıblar.
Nəşrin elmi məsləhətçisi institutun direktoru akademik Teymur Kərimlidir. (AZƏRTAC)