Quliyev Nicat Nüşrəvan oğlu 1985-ci il aprelin 8-də Yevlax şəhərində anadan olub.
Nicat Quliyev Vətən müharibəsinin ilk günü 27 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Şanlı Ordumuzun əsgər və zabitlərinin, hərbçilərinin döyüşlərdə göstərdiyi igidliklər dövlətimiz, ölkə rəhbərimiz tərəfindən yüksək qiymətləndirilib. Vətənimizin ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Nicat Quliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu gün hər birimiz torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş Nicat Quliyev kimi oğullarımızla fəxr edir, onların əziz xatirəsini daim uca tutur, ruhları qarşısında baş əyirik. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən şəhidlərimiz hər zaman bizim qəlbimizdə yaşayacaq.
Tahirə AĞAMİRZƏ