Düşmən tapdağından azad olunmuş həmin ərazilərdə heyvandarlıq xüsusilə inkişaf edir ki, bu da ət, süd və yun istehsalını daha da stimullaşdırır. Xatırladaq ki, Qarabağ iqtisadi rayonunun inzibati ərazisi 1991-ci ildən 2021-ci ilə qədər Yuxarı Qarabağ iqtisadi rayonu adlandırılıb. Bölgənin əsas təbii sərvətləri polimetal filizləri, neft, təbii qaz, müxtəlif tikinti materialları (mərmər, sement xammalı, tikinti daşı) təşkil edir. Meşələrdə müxtəlif ağac növləri var ki, ağac emalı müəssisələrinin inkişafına kömək edir. Yerli kənd təsərrüfatı xammalının emalına əsaslanır. Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib. Həmin fərman əsasında işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Fərmanda göstərildiyi kimi, bu bölgü Qarabağ bölgəsinin sürətli inkişafına xidmət edir. Qarabağ (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Ağdərə, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonlarının (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yenidən təşkili də bu məqsədə xidmət edir. Ekspertlərin hesablamalarına görə, Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü, xüsusən Qarabağın bərpası və inkişafı istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasına töhfə verəcək. Qarabağın iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə ölkənin iqtisadiyyatına böyük dəstək olacaq.
Röya SALMANQIZI