26.02.2026, 14:43
AZ EN
26.02.2026, 12:53 14

Əziz Ələkbərli: "Qərbi Azərbaycan qaçqınlarının öz torpaqlarına qayıdacağına əminik"

XƏBƏRLƏR
  • Qərbi Azərbaycan qaçqınları öz ata-baba torpaqlarına qayıdacaq.

Bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əsas hədəf soydaşlarımızın ata-baba yurdlarına qayıtmağıdır:

"Bu, bizim soydaşlarımızın tarixi haqqıdır. Bu gün artıq işğaldan azad olmuş suveren ərəzlərimizdə quruculuq işləri gedir. Xocalı bu gün abadlaşır. Qarabağda ermənilərin yerlə-yeksan etdiyi kəndlərimiz abadlaşır və məcburi köçkünlərimiz 30 illik həsrətdən sonra öz doğma torpaqlarına qayıdırlar. Qərbi Azərbaycanda bizim ata-baba mülklərimiz, torpaqlarımız var və Qərbi Azərbaycan qaçqınları da öz ata-baba torpaqlarına qayıdacaq. Biz buna əminik". (Report)

Oxşar xəbərlər