Gələn il Dövlət Neft Fondunun gəlirləri 8 mlrd. 991 mln. manat olacaq.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.
Nazir bildirib ki, fondun xərcləri isə 2023-cü ildə 11 mlrd. 355 mln. manat təşkil edəcək.
APA