30.07.2025, 05:51
AZ EN
29.07.2025, 16:10 243

Büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılması mərhələləri müəyyən edilib

XƏBƏRLƏR
  • Nazirlər Kabineti büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılması mərhələlərinin müəyyən edilməsi haqqında qərar qəbul edib.

Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, büdcə təşkilatlarının “e-mühasibat” informasiya sistemində yerləşdirilmiş mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatı vasitəsilə mühasibat uçotunu elektron formada aparması aşağıdakı mərhələlərdə həyata keçiriləcək:

1. Tabeli təşkilatı (təşkilatları) olmayan büdcə təşkilatları – 2027-ci il yanvarın 1-dən.

2. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən büdcə təşkilatları – 2028-ci il yanvarın 1-dən. (Report)

 

Oxşar xəbərlər