14.03.2025, 19:53
AZ EN
13.02.2023, 11:16 388

Nazir: Azad edilmiş ərazilərin geniş kənd təsərrüfatı potensialı var

XƏBƏRLƏR
  • Bu gün Azərbaycanla İsrail arasında əlaqələr çox yüksək səviyyədədir və kənd təsərrüfatı sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur.

Bunu Azərbaycan-İsrail İnnovasiya Forumunda çıxışı zamanı kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

"İşğaldan azad edilmiş ərazilərin geniş kənd təsərrüfatı potensialı var və azad olunmuş torpaqlar Yaşıl Enerji Zonaları elan edilib. Bu ərazilərdə kənd və şəhərlərin inkişafı “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasına əsaslanacaq və FAO-nun “1000 Rəqəmsal Kənd” Təşəbbüsünə öz töhfəmizi vermiş olacağıq. Bunu nəzərə alaraq, İsrail şirkətləri özlərinin ən qabaqcıl texnologiya və təcrübələrini bizimlə bölüşə bilərlər", - deyə İnam Kərimov vurğulayıb. (APA)

Oxşar xəbərlər