Energetika Nazirliyinin verdiyi məlumata görə, bu müddətdə “Meydan” KSES-də 11,4 mln. kVt/saat, “Qamışlı” KSES-də isə 26,2 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.
Məlumata görə, stansiyala 2023-cü ilin 27 may tarixində istismara verilib. Ümumi gücü 3,4 MVt olan “Meydan” KSES hər biri 1,7 MVt gücündə 2 ədəd hidroaqreqatdan, ümumi gücü 6,3 MVt olan “Qamışlı” KSES isə hər biri 3,15 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarətdir.
Qeyd olunub ki, KSES-lər ekoloji cəhətdən daha təmiz elektrik enerjisi istehsal etdiyi üçün yaşıl enerji mənbəyi hesab olunur və enerjinin istehsalı zamanı atmosferə istixana effekti yaradan qazları atmayan elektrik enerjisi müəssisəsidir. (APA)