19.10.2024, 07:59
AZ EN
03.09.2022, 14:55 375

İşğaldan azad olunan ərazilərin qazlaşması planında dəyişikliklər edilir

XƏBƏRLƏR
  • “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı işğaldan azad olunan ərazilərin qazlaşması planında dəyişikliklər olunacağından danışıb.

Baş direktorun sözlərinə görə, əvvəl planda rayonlar üzrə adlar salınsa da, ancaq indi prosesin bölgələr üzrə aparılması ilə bağlı dəyişikliklər edilir.

“Hazırda dəqiq deyə bilmərəm, Qarabağ bölgəsində qaz ilk hansı kəndə, yaxud hansı şəhərə veriləcək. Ancaq planda Ağdam və Füzuli nəzərdə tutulsa da, çox güman ki, o planda dəyişikliklər olacaq”, - Ruslan Əliyev qeyd edib.

Onun sözlərinə görə, planla qazlaşma işləri 2022-ci ildə başlamalı idi, lakin hələ ki, “Azəriqaz” tərəfindən işğaldan azad olunan ərazilərdə fiziki işlər başlanılmayıb, ancaq layihələndirmə işləri aparılıb.

“İlk növbədə, yüksəktəzyiqli magistral kəmər çəkilməlidir ki, ondan sonra pərakəndə satış üçün digər kəmərlərin çəkilişini həyata keçirə bilək”, - Ruslan Əliyev vurğulayıb.

Bundan başqa, R.Əliyev qeyd edib ki, sentyabrda 2023-cü il üçün yeni qazlaşma planı təsdiq olunacaq. (AZƏRTAC)

Oxşar xəbərlər