18.05.2025, 12:03
AZ EN
07.07.2023, 13:05 340

Ağdamda “Şahbulaq” əhəng daşı yatağı istifadəyə verilib

XƏBƏRLƏR
  • İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ilə əlaqədar tələb olunan xammal həmin ərazilərdə yerləşən faydalı qazıntı ehtiyatları hesabına təmin edilməkdədir. 2021-2022-ci illər ərzində yol infrastrukturunun qurulması, hava limanlarının tikintisi və sosial layihələrinin icrası məqsədilə 11 qeyri-filiz faydalı qazıntı yatağı daxilində tələb olunan xammaldan istifadəyə razılıq verilib

Bu fikirləri Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov deyib.

O bildirib ki, 2023-cü ildə Ağdam rayonu ərazisində yerləşən “Şahbulaq” əhəng daşı yatağından istifadəyə verilib. Monitorinqlər və qanunsuz fəaliyyətlə bağlı hüquqi tədbirlər görülüb".

Samir İdayətov onu da qeyd edib ki, Agentlik tərəfindən respublika ərazisində faydalı qazıntıların çıxarılması ilə əlaqədar 2020-ci ildə 190, 2021-ci ildə 512, 2022-ci ildə 440, 2023-cü ilin altı ayı ərzində isə 364 olmaqla, ümumilikdə 1506 istismar sahəsinə monitorinq keçirilib:

"Monitorinq işləri yataq sahələrinə yerində baxış, müasir texniki avadanlıqların istifadəsi ilə əldə olunmuş məlumatlar və peyk görüntülərinə əsasən yerinə yetirilib. Toplanılmış informasiyaya uyğun təhlillər aparılmış, uçot və hesabatlılıq təmin edilib, müəyyən edilmiş 342 qanunsuz fəaliyyət ilə əlaqədar müvafiq hüquqi tədbirlər həyata keçirilib.

Qanunsuz fəaliyyət ilə bağlı 2020-2022-ci illər ərzində Agentliyin İdarə Heyətinin Qərarı ilə əsasən çay yataqlarında icazə şərtlərini pozmuş yer təki istifadəçilərinə verilmiş 97 icazə sənədi ləğv edilib. Hüquqi və fiziki şəxslər barəsində ümumilikdə 160 protokol (fiziki şəxslərlə bağlı 112, hüquqi şəxslərlə bağlı 48), fiziki şəxslərlə bağlı 111 inzibati tənbehvermə haqqında qərar, hüquqi şəxslərlə bağlı isə məhkəmələrə edilmiş müraciətlər əsasında 40 məhkəmə qərarı qəbul edilib. 2021-ci ildən başlayaraq monitorinqlərin nəticəsində yer təki istifadəçilərinə verilmiş icazə sənədində qeyd olunan şərtlərin yerinə yetirilməməsi, həmçinin icazə sənədi olmadan yer təkinə qanunsuz müdaxilə halları aşkar edilmiş və bu istiqamətdə hüquqi tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə fəaliyyətə başlanılıb". (APA)

Oxşar xəbərlər