19.10.2024, 07:52
AZ EN
16.10.2024, 14:04 210

Gələn il azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ayrılacaq vəsait məlum oldu

XƏBƏRLƏR
  • Gələn il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 4 milyard manat ayrılacaq.

Bu, "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, 2024-cü ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri 27 milyard 737 milyon manat, xərcləri 25 milyard 174 milyon 300 min manat olub, 2 milyard 562 milyon 700 min manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb. (Trend)

Oxşar xəbərlər