22.11.2024, 21:16
AZ EN
31.03.2023, 15:54 212

Ayxan Hacızadə: "Bu gün İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olaraq qalmaqdadır"

XƏBƏRLƏR
  • "Bu gün İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olaraq qalmaqdadır".

Bunu qurumun mətbuat xidməti idarəisinin rəisi Ayxan Hacızadə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin iddialarına cavabında deyib.

O bildirib ki, son 30 il ərzində İran faktiki olaraq, səssiz razılığı ilə, Ermənistanın Azərbaycan ərazilərinin işğalına göz yummuşdur:

"Qarabağ və Şərqi Zəngəzurun işğalı və bu ərazilərin talan edilməsinə, bu ərazilərdəki evlərdən sökülmüş daşların İran bazarlarında satılmasına, mövcud olmuş 67 məsciddən 65-in dağıdılması və təhqir edilməsinə İran tərəfindən əhəmiyyət verilməməsi yaxşı məlumdur".

Oxşar xəbərlər