Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində bildirib.
Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailənin yaşayacağını deyən dövlətimizin başçısı qeyd edib ki, bu ailələr üçün bütün imkanlar yaradılıb. “Biz qurub-yaradan xalqıq. Ermənistandan fərqli olaraq, biz öz ərazimizdə qurub-yaradırıq”, - deyə Azərbaycan Prezidenti əlavə edib.