02.08.2025, 02:35
AZ EN
11.03.2023, 22:54 318

Çavuşoğlu: Türkiyəni ən axırda azərbaycanlı xilasedicilər tərk edib

XƏBƏRLƏR
  • Zəlzələ baş verəndən sonra xarici ölkələrdən Türkiyəyə gələn axtarış-xilasetmə qruplarının hamısı ölkələrinə geri dönüb.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, 90 ölkədən 11 min 320 nəfər Türkiyədə axtarış-xilasetmə işlərinə cəlb olunmuşdu: “Ən son Can Azərbaycan qalmışdı. Can Azərbaycan da işlərini tamamladığından sonra geri döndü”.

O, həmçinin, zəlzələ bölgəsində xarici ölkələr tərəfindən qurulan 32 səhra hospitalından 12-nin fəaliyyətinin davam etdiyini də əlavə edib. (APA)

Oxşar xəbərlər