23.12.2024, 20:02
AZ EN
01.03.2023, 20:04 346

Zahid Oruc: “Məqsədimiz konstitusion hüquqlarımızı bərpa etməkdir”

XƏBƏRLƏR
  • Məlum olduğu kimi, bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsinə yerləşdirilən rus sülhməramlı kontingentinin Xocalıda yerləşən qərargahında Milli Məclisin deputadı, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmək məsələləri üzrə Dövlət Xidməti  və “AzərGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin  qanunsuz istismarını araşdıran  monitorinq qrupunun rəhbəri Məsib Məmmədov da iştirak edib. Bu görüş zamanı Azərbaycan Konstitutsiyasının qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan  erməni sakinləri ilə Azərbaycan Respublikası reinteqrasiyasına dair müzakirələr aparılıb. 

Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahir Oruc məsələ ilə bağlı Real TV-yə açıqlamasında bildirib: “Qeyd edim ki, bu görüşlər Azərbaycan dövlətinin planıdır, onun gündəliyidir, onun strateji planları əsasında keçirilir. Konstitusiyamıza uyğundur.  Azərbaycanın suveren haqlarını güclü bir şəkildə bütün coğrafiyamız üzrə təmin etmək ideyasınnın məramında dayanır.  O üzdən bu məsələ ətrafında xəbər məkanın qarşıdakı günlərdə tutmağa çalışan  və müxtəlif dezinformasiyalar, mənfəət qruplarının  ideologiyaları ilə  doldurub onun üzərindən Azərbaycan, eyni zamanda Ermənistan əleyhinə propaqanda quran dairələrini gözləmədən biz özümüz  informasiya məkanına düzgün mesajlarımızı verməyi də bacamalıyıq. Yəni, bu görüşlər  onun paralelində ciddi  bir şəkildə informativ, diplomativ, siyasi işləri də tələb edir. Bu mənada bütün hakimiyyət institutları, diplomatik korpuslarımız, partiyalar, media orqanlarının da çox ciddi işləmələri istənilir. Bu nədən ibarətdir? İlk növbədə biz hadisələrə belə baxmalıyıq. Möhtərəm Prezident  dəfələrlə bəyan edirdi ki,  Vətən müharibəsində qələbəmizin  əsas ideyası, əsas hədəfi  bu coğrafiya üzərində suveren əxlaqımızı bərpa eləməkdir, konstitusion hüquqlarımızı gerçəkləşdirməkdir. İşğalı aradan qaldırmaq,  azərbaycanlıları öz doğma yurdlarına qaytarmaqdır və s. Amma bunun planında qəti bir şəkildə  biz ermənisiz Azərbaycan,  ermənisiz Xankəndi, ermənisiz  Xocavənd deyə bir ideologiyanı irəli sürməmişik və ya harada ermənini görürsən, öldür, deyə bir mentalizm baxışlarında dayanmırıq”.

Millət vəkli sonra əlavə edib ki, əgər Şuşa zəfərini qazanan Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə, ordumuzdakı bu silahlarla qələbə qazandı, amma Xankəndinə bir hərbi vasitələrlə daxil olmamışıq. Elə olsaydı, onda biz  silahı o ermənilərin başı üstünə tutaraq “Konstitutsiyamızı tanı və bizlə yaşa, ya da ki, çıxıb get”,- deməliydik. Bunun region üçün, dünya üçün  necə qarşılanmasını  təxmin eləmək o qədər də çətin deyil.  Yəni, zatən müharibənin ilk günlərində eksensealist ideologiyanı Paşinyan dilə gətirdi. Yəni, eqses sözü yaşama, mövcud olma anlamına dair istədilər onu qələmə versinlər ki, baxın, azərbaycanlılar bizi məhv eləmək istəyir.  Amma bundan ötrü  on minlərlə mülki erməninin öldürülməsi gərək idi ki, onlar bunu dünyaya göstərsinlər. O, məlum saxta soyqırım haqqında yüz ildir danışırlar ki, bu mənzərələrə adekvat, ona uyğun  gələn, onun davamı olan  hadisələr ortaya  qoyulmalı idi. Lakin Azərbaycan buna imkan vermədi. Azərbaycan gerçəkdən də fərqli bir müharibə planı apardı.

Millət vəkili vurğulayıb ki, Azərbaycan  nümayəndələri orada danışıqlar  aparırlar. Bu stiuasiyanı qabaqlayaraq deyim ki, burda Azərbaycan bayrağı qoyulmalıdır, format elə seçilməlidir ki, Rusiya  sülhməramlı qüvvələri ümumiyyətlə, orda  olmasın: ”Danışıqlarda əsas şərtlər sonrakı dövr informativ  təqdimatda “artsax” və ya risulka sözləri olmasın və s. kimi mövqelər var.  Bunlar çox təbiidir, başa düşüləndir. Uzun illər düşmənçilikdən sonra  fərqli bir vasitələrlə  birgə yaşayışın yolları axtarılır.  Lakin burada Ermənistan iştirak etmir. ATƏT-in Minsk qrupu  ortada yoxdur.  Kazmirov da mövcud deyil və ümumiyyətlə, sülh yaradıcı qüvvələr  yalnız hansısa bir məsuliyyət zonasında, atəş məsələlərində  və yaxud da ki, nəqliyyat vasitələrinin  dinc keçidinə baxmır. Bunlarıın mandatı ümumən parlamentdə  təsdiq olunmasa da, amma hamı başa düşür ki, BMT çərçivəsində əgər hər hansı  bir dövlət, hansısa ərazidə  sülh yaratmaq vəzifəsi qarşısında qalırsa, belə görüşləri də təşkil etməlidir. Zatən, dekabrın 12-də  Azərbaycanın  hökumət təmsilçiləri o bölgəyə gedəndə, bizim faydalı qazıntıların  istismarına qarşı addımlar atanda, neynəmişdilər, Vardanyan və onun çevrəsi, aksiyalarla cavab vermişdilər. Bu, təbii ki, qəti bir şəkildə  qəbul edilə bilməzdi.  Ondan sonra davamlı aksiyalar gerçəkləşmiş oldu. İndi  faktiki olaraq görünür ki,  qarşı tərəf məlumatlar yayır ki,  Ermənistandan Qarabağa verilən qazın daimiliyi, infrastruktur məsələləri, o cümlədən həmin Laçın-Xankəndi yolundan istifadə və s. müzakirə olunub, həmçinin qanunsuz istismar məsələləri orada qoyulub.

Düşünürəm ki, Azərbaycan tərəfi özünün konkret nümayəndəsini müəyyənləşdirib. 

Əminəm ki, görüşlər Azərbaycanın, bütün coğrafiyasında  qanunlarımızın bərqərar olması və Vətən mühahibəsinin qələbəsini siyasi, diplomatik masada  sənədlərdə əksini tapmasına  xidmət edən addımlardır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər