22.12.2024, 20:34
AZ EN
19.04.2023, 13:56 222

Peskov: "Qarabağla bağlı üçtərəfli bəyanatlar nizamlanma üçün yeganə real əsasdır"

XƏBƏRLƏR
  • Rusiya Qarabağ məsələsi ilə bağlı üçtərəfli bəyanatların icrasını zəruri hesab edir.

Bunu Kreml sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, üçtərəfli bəyanatlar mübahisəsiz icra edilməlidir.

"Biz tərəflərin gərginliyin azaldılmasına səbəb ola biləcək və üçtərəfli bəyanatların həyata keçirilməsi istiqamətində gələcək irəliləyişlərə töhfə verəcək istənilən addımlarını alqışlamağa hazırıq. Bu üçtərəfli bəyanatlar nizamlanma üçün yeganə real əsasdır. Ona görə də, bütün müddəaların icrası istiqamətində addımlamağı alternativsiz və hamı üçün zəruri hesab edirik”, - D.Peskov bildirib. (Report)

Oxşar xəbərlər