23.11.2024, 06:50
AZ EN
17.09.2023, 15:09 244

Dövlət Komissiyası: İrəvan İtkin düşmüş şəxslər məsələsində əməkdaşlıq səylərimizə cavab vermir

XƏBƏRLƏR
  • "Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların sayı 4 minə yaxındır".

Bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.

O qeyd edib ki, bunun əsas səbəbi Ermənistanın beynəlxalq humanitar hüquqa hörmətsizliyi, adi insani dəyərlərə əhəmiyyət verməməsi, itkin düşmüşlərlə bağlı faktların uzun müddət gizlədilməsidir: "Erməni generallar əsir və girovların öldürülməsi mərasimini keçirirdi. Onlar öz uşaqlarını da belə tərbiyə edirdilər".

Qurum rəsmisi vurğulayıb ki, dövlət səviyyəsində bu məsələyə xüsusi diqqət ayrılır.

Onun sözlərinə görə, Ermənistan bu məsələdə destruktiv mövqeyini davam etdirir: "Təəssüf ki, bizim əməkdaşlıq səylərimizə cavab verilmir". (Report)

Oxşar xəbərlər