16.05.2025, 11:20
AZ EN
11.02.2022, 17:05 236

Mövlud Çavuşoğlu: “Azərbaycanla məsləhətləşmə olmadan Ermənistanla normallaşma prosesində addım atmamışıq”

XƏBƏRLƏR

Ermənistan ilə Türkiyə arasında normallaşma prosesində Azərbaycanın hər hansı bir narahatçılığı yoxdur. Tam əksinə, Azərbaycan bu prosesi dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin “TRT Haber” telekanalında canlı yayımda çıxış edən xarici işlər naziri Mövlud Çavuşoğlu ifadə edib.

Sözügedən prosesdə Azərbay­can ilə məsləhətləşmə aparmadan addım atılmadığını diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu qeyd edib ki, Azərbaycan bizim Ermənistanla birbaşa təmasda olmağımızı istəyir. Azərbaycanın Qarabağ Zəfəri ilə Cə­nubi Qafqazda işğal problemi öz həllini tapdı. Artıq sülh və əmək­daşlığın təmin edilməsi lazımdır.

Ermənistan daxil olmaqla bütün tərəflər üçün Qarabağ Zəfərindən dərs almağın vacib olduğunu ifadə edən nazir Mövlud Çavuşoğlu məlumat verib ki, Paşinyanın seçkiləri qazanandan sonra ünvanladığı mesajlara Türkiyə Prezidenti də cavab verib. Türkiyə və Ermənistanın xüsusi nümayəndələri fevralın 24-də Vyanada görüşəcəklər.

Nazir əlavə edib ki, Azərbaycan da Ermənistanla davamlı sülh istəyir.

Oxşar xəbərlər