Bu fikirləri jurnalistlərə müsahibəsində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib.
O qeyd edib ki, azərbaycanlılar zaman-zaman öz yurdlarından qovulub. Ona görə bütün azərbaycanlılar öz yurdlarına qayıtmalıdır. Bu işdə bizə dünya ictimaiyyəti də yardım etməlidir.
“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən də bu işə dəstək göstərilir. Belə ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Qərbi Azərbaycanla bağlı qrant müsabiqəsi elan edib”, - deyə Əziz Ələkbərli vurğulayıb. (AZƏRTAC)