19.10.2024, 19:35
AZ EN
06.01.2023, 16:47 221

Azərbaycan dünyada söz sahibidir

XƏBƏRLƏR
  • 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanda ikinci ildir ki, biz onu Zəfər qazanmış xalq kimi böyük ruh yüksəkliyi və uğurla yola saldıq. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "YENİ TV" -nin canlı yayımında 2022-ci ildə Azərbaycanın regionda və dünyada apardığı uğurlu siyasətindən, Ermənistanla sülh müqaviləsinin yaxınlaşmasından və ölkəmizin gücündən ehtiyatlanan xarici qüvvələrin müxtəlif çirkin kompaniyalar aparmasından danışıb.

Millət vəkili deyib ki, 2022-ci il Azərbaycan üçün çox uğurlu olub. Belə ki, ötən il ölkəmiz beynəlxalq müstəvidə nüfuzu, təsiri, gücü ilə özünü yüksək dərəcədə göstərib. S.Seyidov bildirib ki, ötən ildə təxminən hər ay uğurlu bir tədbir müşahidə edilirdi: Sülh istiqamətində atılan addımlar, beş prinsiplə bağlı, Ermənistan tərəfindən bunun qəbul edilməsi, Brüssel formatında görüşlər, Vaşinqtonun bu məsələyə aktiv münasibəti, Rusiyanın Soçi görüşlərini təşkil etməsi, Qoşulmama hərəkatının tədbirləri və.s. İlin sonunda həmin o sülh prosesi ilə bağlı danışıqların getdiyi və artıq o sənədlərin əlimizdə real olduğu üçün Azərbaycanın gücünü görən həm Ermənistanın özündə, həm də onu dəstəkləyən bəzi dairələr tərəfindən buna mane olmağa çalışan revanşist  qüvvələr fəaliyyətə başladı. Amma sonda özləri də, anladılar ki, bununla heç nəyə nail ola bilməyəcəklər.

Biz yeni Laçın yolunu bir ildən tez istifadəyə verdik. O yolu emənilərin yaşadığı kəndlərdən çəkdik və heç bir problemlə rastlaşmadıq. Suqovuşanla bağlı, Sərsəng su anbarı, orada da danışıqlar normal keçdi. Elə bu normallaşmağa, səylərə görə və bu istiqamətdə sülhün Azərbaycana gəlişini görən qüvvələr baş qaldırdı. Bu pozucu qüvvələrə Fransa ən gözəl nümunədir. Ancaq ilin axırlarında hətta Ermənistanın  özünün etirafları başladı ki, bəli, biz Azərbaycanla bacarmadıq.

Azərbaycanın apardığı siyasətin gücü ondadır ki, o düzgün, məntiqli və beynəlxalq qanunlara uyğun siyasət aparır. Buna görə də Azərbaycanın dünyada gücü bir başqadı. O yeni bir reallıq yaradıb. Onunla hesablaşırlar.

Şuşa-Xankəndi yolundakı ekoloji aksiya da sadəcə ekologiyaya aid deyil. Bu aksiya həm də Vətənə münasibətdi, ona olan sevgidi.

Millət vəkili sonda onu da bildirib ki, Ermənistan, nəhayət, sülh masasına gələcək və anlayacaq ki, bu müqavilə onun ölkəsinə və ümumiyyətlə, regiona töhfələr verəcək.     

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər