09.06.2025, 15:59
AZ EN
13.01.2025, 17:49 194

Avropa İttifaqı Ermənistanı üzvlüyə qəbul etməsə...

XƏBƏRLƏR
  • "Ermənistanın Avropa İttifaqaına üzvlük məsələsi illərlə uzanacaq, sonda ölkənin ittifaqa üzv olmayacağı mənasız prosesə çevrilə bilər".

"Vətən səsi" xəbər verir ki, bunu bunu Ermənistan parlamentinin deputatı Artur Xaçaturyan deyib. O, qeyd edib ki, son bir neçə ayda Ermənistan Aİ-yə üzv olmaq üçün müvafiq addımlar atır, amma qarşı tərəfdən bununla bağlı müvafiq hərəkətlərin olmaması müəyyən suallar yaradır: “Tutaq ki, üzvlüklə bağlı referendum keçirdilər, xalqın 95 faizi razılığını bildirdi, bəs Avropa İttifaqından bir siqnal almışıqmı ki, siz referendum keçirin, biz qapılarımızı sizə açacağıq. Mən Avropa İttifaqından Ermənistanın yaxın gələcəkdə təşkilata üzv ola biləcəyinə dair heç bir eyham görməmişəm ki, bu qanunu qəbul etsək, Ermənistan Avropa ailəsinə üzv olacaq. Rusiyanın buna cavabı da başqa bir həqiqəti ortaya qoyur, ruslar deyirlər ki, siz eyni vaxtda həm Avrasiya İqtisadi Birliyi, həm də başqa bir ittifaqa üzv ola bilməzsiniz. Yəni, eyni anda iki stulda oturmaq mümkün deyil. Rusiya Paşinyanın demək istəmədiyini deyir, bu, Moskvadan uzaqlaşmaq məsələsidir, amma bilmirəm hara”.

Xatırladaq ki, hökumət ötən həftə “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib.

Elxan SALAHOV

Oxşar xəbərlər