19.10.2024, 17:29
AZ EN
08.12.2023, 17:39 431

Mirzoyanın Brüsselə səfər edəcəyi təsdiqləndi

XƏBƏRLƏR

Ermənistan Xarici İşlər Nazirliyi nazir Ararat Mirzoyanın dekabrın 11-də Brüsselə səfəri ilə bağlı məlumatı təsdiqləyib.

"Vətən səsi" xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Mirzoyan Şərq Tərəfdaşlığı ölkələrinin nazirlərinin görüşündə iştirak edəcək.

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da görüşə qatılacaq. Ancaq onun Brüsselə səfər çərçivəsində erməni həmkarı ilə görüşüb-görüşməyəcəyi bardə hələlik heç bir məlumat verilmir.

Elxan SALAHOV

Oxşar xəbərlər