21.09.2024, 19:33
AZ EN
27.12.2022, 13:19 334

Qarabağ ermənisi Artur Ağacanov Qarabağ ermənilərinə müraciət edib

XƏBƏRLƏR

Bazar günü Xankəndində məlum mitinq keçirildi. Səbəbi də məlum idi, guya Laçın yolunun bağlanması. Əlbəttə, Xankəndində, Azərbaycanda baş verənlər hər kəsi narahat edir. Bu ərəfədə isə bilirik ki, orda bəzi hadisələr baş verir. Xankəndi sakini Yuri Musalyan döyülüb. Onu öz evində həyat yoldaşının qarşısında vəhşicəsinə döyüblər. İnsan sadəcə, sosial şərait  üzündən narazılıq ifadə edirdi. O, Xankəndində olan sosial ədalətsizliyə etiraz edirdi. Mitinqə gəlincə, əlbəttə ki, gerçək rəqəmlər gizlədiləcək. Bir çox insan sadəcə olaraq, işini itirməmək üçün, digərləri isə zorla küçələrə çıxarılıb. Ən böyük problem arutyunyanlar, vardanyanlar, balasanyan və babayanlardır. Onlar uzun müddətdir ki, Azərbaycanın  faydalı qazıntılarını qanunsuz şəkildə  istismar edirdilər. Onlar bunu Qarabağ ermənilərinin rifahı üçün etsəydilər, dərd yarı, onlar bunu öz şəxsi mənafeləri naminə istifadə edirdilər. Ona görə də fürsətdən istifadə edərək Qarabağ ermənilərinə müraciət edirəm: “Siz daha yaxşı həyata layiqsiniz. Bunun tək yolu var: Azərbaycan cəmiyyətinə inteqrasiya”- deyə A.Ağacanov bildirib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər