22.11.2024, 02:44
AZ EN
12.12.2022, 14:46 346

Heydər Əliyevin köməkçisi: “Onu cəsarətli və qətiyyətli bir insan kimi xatırlayıram”

XƏBƏRLƏR
  • Heydər Əliyevin Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi dövrdə köməkçisi olmuş Vladimir Uxov ümummilli liderin cəsarəti və qətiyyəti barədə danışıb.

V.Uxov Heydər Əliyev ilə işlədiyi 5 illə bağlı xatirələrini bölüşüb.

"Mən Heydər Əliyev ilə, təxminən, 5 il işləmişəm. O özü bunu "Kreml beşilliyi” adlandırırdı. Həmin vaxt onunla hər gün görüşmək, onun göstərişlərini yerinə yetirmək imkanım olurdu. Mən onu cəsarətli və qətiyyətli bir insan kimi xatırlayıram. Bu, həm böyük və ciddi, həm də kiçik məsələlərin həllində özünü göstərirdi. Bu, onun şəxsiyyətinin özəlliyi idi, onun üçün ikinci dərəcəli məsələ anlayışı yox idi”, - o bildirib.

V.Uxov “Admiral Naximov” paroxodunun qəzaya uğradığı faciəli günlərdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin özünü necə göstərməsi ilə bağlı xatirələrini bölüşüb.

Onun sözlərinə görə, yüksək vəzifədə olmasına baxmayaraq, Heydər Əliyev adi oteldə yaşayır, hamı ilə birlikdə yemək yeyir, bütün gücünü hadisədən zərərçəkənlərə, ölənlərin və itkin düşənlərin ailələrinə kömək etməyə sərf edirdi: "O, arıqlamış, bir qədər qaralmışdı. Sevdiklərindən xəbər gözləyən insanların dərdinə şərik olduğu aydın görünürdü. Demək olar ki, 3 həftə onun yanında oldum, çünki mən özüm də dənizçiyəm. Onun bütün bu günlər ərzində xilas edilənlərə kömək etmək, həmçinin qohumlarını axtarmaq məqsədilə Novorossiyskə gələn şəxslərin yemək, mənzillə təmin edilməsi üçün necə çalışdığını, onların halına acıdığını və dəstək olduğunu görmək şansım oldu. Məncə, bu qəza onun ürəyində əbədi iz buraxdı". (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR