Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
“Biz inanırıq ki, növbəti seçkilərə qədər bu problem tam həll olacaq və o bölgələrdən olan seçicilərimiz öz yurdlarında səs verəcək. 10 məcburi köçkün dairəsi var, onlardan 7-si tam, 3-ü isə qismən məcburi köçkünləri əhatə edir. Məcburi köçkün məntəqələrinin sayı 574, məcburi köçkün seçicilərin sayı isə 397862 nəfərdir”, - deyə MSK sədri qeyd edib. (APA)