Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə "Al-Jazeera" telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan ordusunun mövqelərinin sistematik atəşə tutulmasının artması, ərazilərimizin minalanmasının davam etdirilməsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda yaradılmış separatçı və marionet rejimin nümayəndələrinə qarşı lokal antiterror tədbirlərinə səbəb olub.
A.Hacızadənin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan özü bəyan edib ki, bu antiterror tədbirləri zamanı Azərbaycan Qarabağdakı erməni sakinlərə zərər verməyib: "Qarabağ bölgəsi həmişə Azərbaycanın ayrılmaz hissəsi olub. Azərbaycanın bütün etnik azlıqları ölkəmizdə həmişə mehriban şəraitdə yaşayıblar. Azərbaycan çoxmillətli ölkədir, tarix boyu ermənilərlə azərbaycanlılar həmişə birgə yaşayıblar. Ölkəmiz Qarabağ ermənilərinin reinteqrasiyasının həyata keçirilməsini təmin edəcək”. (Report)